İranın sabiq Prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi açılıb.
Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi bəyan edib.
“Ruhani titulu və rütbəsinə malik olan İranın eks-prezidenti Ruhaniyə qarşı müvafiq yurisdiksiya saxlanılmaqla, din xadimləri üzrə xüsusi prokurorluqda cinayət işi qaldırılıb”, – deyə iranlı rəsmi bildirib.
Qeyd edək ki, Həsən Ruhani valyuta bazarındakı pozuntulara və birjaya müdaxilələrdə ittiham olunur.
Mənbə: Fararu.com
www.102info.az