Braziliyanın əksər ştatlarında genişmiqyaslı elektrik enerjisi kəsintisi yaşanıb.
Ölkənin milli operator şirkəti, eləcə də Mədən və Energetika Nazirliyi insidentin səbəbini açıqlamayıb.
Məlumata görə, San-Pauluda elektrik problemi bir neçə metro xəttinə təsir edib. Şimal-şərqdəki Bahia ştatının paytaxtı Salvador şəhərində metro sərnişinləri relslər boyu gəzməyə məcbur olublar.
Braziliyanın bir çox böyük şəhərlərində işıqforlar fəaliyyətini dayandırıb.
Artıq ölkənin cənubunda, cənub-şərqində və qərbində elektrik enerjisinin verilişinin bərpa edildiyi bildirilib.
Mənbə: lenta.ru
www.102info.az