İranda Təbriz şəhərinin Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin (ETTELAAT) əməkdaşları tanınmış azərbaycanlı şairə-yazıçı Rüqəyyə Kəbiri ilə telefon əlaqəsi saxlayıb və onun təhlükəsizlik idarəsinə gəlməsini tələb ediblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Yazıçı özünün “Instagram” səhifəsində bununla bağlı paylaşım edib. O bildirib ki, ETTELAAT məmurları tərəfindən çağırılmasının səbəbi Urmiya gölünün bərpasına dəstək üçün Təbriz şəhər İcra Hakimiyyəti qarşısında keçirilən etiraz aksiyasında iştirakıdır.
www.102info.az