Rusiya, böyük ehtimalla, İran “Shahed”ləri əsasında hazırlanan özünün birtərəfli funksiyalı pilotsuz uçuş aparatlarından (OWA-UAV) istifadə etməyə başlayıb.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin “X” hesabında məlumat verilib.
Məlumata görə, Rusiya qüvvələri 2022-ci ilin sentyabrından İran istehsalı olan sistemləri idxal etməyə başlayıb. Yerli istehsal, çox güman ki, Rusiyaya dronları daha etibarlı şəkildə tədarük etməyə imkan verəcək.
Britaniya kəşfiyyatının məlumatına görə, bu silahların effektivliyi müxtəlif olub və Ukrayna o PUA-ların əksəriyyətinin zərərsizləşdirilməsində öz effektivliyini sübut edib.
“Rusiya, çox güman ki, yaxın aylarda öz hesabına PUA ilə təmin olunmağa çalışır. Lakin eyni zamanda, Rusiya İrandan, xüsusilə də Xəzər dənizi vasitəsilə çatdırılan komponentlərdən və hazır silahlardan asılı olmağa davam edir”, – deyə Böyük Britaniya Müdafiə Nazirliyindən bildirilib.
Rusiya Ukrayna ərazisinə zərbələr endirmək üçün İranın “Shahed” tipli kamikadze dronlarından aktiv şəkildə istifadə edir. Onların əksəriyyəti vurulur, lakin dronlar tez-tez əhəmiyyətli dərəcədə zərər verə bilir.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya daha əvvəl İrandan hava yolu ilə əldə etdiyi kiçik həcmdə dron partiyaları əvəzinə Xəzər dənizi vasitəsilə gəmilərlə tədarük edilən daha böyük həcmdə partiyalara keçib.
Həmçinin, Rusiya Federasiyası Tehranın köməyi ilə öz ərazisində PUA istehsalı zavodu tikir.
ABŞ Müdafiə Departamentinin Kəşfiyyat İdarəsinin analitiklərinin fikrincə, yeni zavod Rusiyanı əvvəllər İrandan ala biləcəyindən daha çox yeni dron ehtiyatları ilə təmin edəcək.
Mənbə: RBC-Ukrayna
www.102info.az