45 yaşlı Deku “Barselona” futbol klubunun idman direktoru təyin olunub.
“Çelsi” və “Portu” klublarının keçmiş futbolçusu kataloniyalılarla 3 mövsümlük müqavilə imzalayıb.
Deku 2004-2008-ci illərdə “Barselona”da çıxış edib. O, Portuqaliya millisində 75 oyun keçirib.
Sentyabrın 2-də transfer pəncərəsi bağlanana qədər Deku Mateu Alemani ilə birlikdə çalışacaq və daha sonra klubun idman direktoru vəzifəsini tərk edəcək.
Mənbə: Sport24.ru
www.102info.az