İranın molla deputatından hicaba riayət etməyən gənclərə xəbərdarlıq – FOTO

Dünya


İranın molla deputatı hicaba riayət etməyən gəncləri hədələyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, millət vəkili Hüseyn Cəlali yaşı 18-dən az olan və hicaba əməl etməyən qızların pasport, iş, təhsil, bank hesabı, internet və telefon xidmətlərindən məhrum ediləcəyini deyib.

“18 yaşına çatmayan qızların həbs olunmayacağı deyilir, bu doğrudur. Amma bu o demək deyil ki, onlara başqa cəzalar verilməyəcək. Qanun pozuntusu pozuntu, cinayət cinayət və haram da haramdır. Fərq isə ondadır ki, yaşı 18-dən az olan qızlara həbs yoxdur, lakin qanun layihəsində təfsilatı ilə digər maliyyə cəzaları və sosial hüquqlardan məhrumetmə cəzası nəzərdə tutulur”- deyə, o, əlavə edib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir