Mərakeş millisinin qapıçısı karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək

Dünya


Mərakeş millisinin və İspaniyanın “Sevilya” klubunun qapıçısı Yasin Bono karyerasını Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda davam etdirəcək.

Bu barədə idman jurnalisti Nikolo Skira özünün sosial şəbəkə hesabında məlumat verib.

N.Skiranın iddiasına görə, Yasin Bononun transferi ilə bağlı sövdələşmə və danışıqlar uğurla başa çatıb.

Qolkiperin 20 milyon avro qarşılığında yeni klubuna keçəcəyi bildirib. Qapıçı ilə komanda arasında 2028-ci ilə qədər müqavilə imzalanacaq. Y.Bononun “Əl-Hilal”da ilinə 10 milyon avro alacağı bildirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir