Türkiyə Ukrayna limanlarından taxıl daşıyan gəmilərin Bosfor və Dardanel boğazlarından maneəsiz keçməsinə zəmanət verməyə hazırdır.
Bu barədə “Haber Global” televiziya telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
“Bizə məlum olduğu qədərilə, Ukraynadan bir dənə də olsun gəmi hərəkətə başlamayıb. Amma əgər gəmilər gələrsə, boğazlardan buraxılacaqlar”, – Müdafiə Nazirliyindəki mənbə bildirib.
(Boğaz’dan geçeceği iddia edilen tahıl gemisi) MSB Kaynakları: Bilgimiz doğrultusunda Ukrayna’dan yola çıkan bir gemi yok. Gelirse Boğaz’dan geçişine izin verilecekhttps://t.co/8QaDHwKxIC
— Haber Global (@HaberGlobal) August 17, 2023
www.102info.az