Tehranda hökumət muzdlusunun gənc qızları təhdid etdiyi video yayılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Lentə alınan videoya əsasən, hökumət muzdlusu qadın məcburi hicabdan imtina edən bir qrup gənc qızın görüntülərini çəkib. Daha sonra isə bu görüntüləri paylaşmaqla onları təhdid edib.
Cəsur qızlardan biri isə onu cavabsız qoymayıb. “Sən görüntüləri paylaş, mən də səni paylaşacağam!”, – deyə gənc qız bildirib.
www.102info.az