Devid və Viktoriya Bekhem evlərində istixanaya yol çəkmək istədikləri üçün qonşuları ilə mübahisə ediblər.
Yerli şura bu yaxınlarda Bekhemlərə mülkdə tərəvəz bağı və istixana tikməyə icazə verib. Lakin istixanaya yeni yol üçün ayrıca müraciət yerli sakinlərin qəzəbinə səbəb olub.
Bekhemlər anbarda üç ayrı ofis sahəsi və vanna otağı etmək xahişi ilə yerli hakimiyyət orqanlarına müraciət ediblər. İş otaqlarına xarici taxta pilləkənlər vasitəsilə daxil olmaq mümkün olacaq.
Onların ofisə çevirməyi planlaşdırdıqları anbar Bekhemlərin Oksfordşirdəki 12 milyon funt-sterlinqlik bağ evinin ərazisində yerləşir. İndi anbarda bağçılıq avadanlıqları saxlanılır.
İyun ayında Bekhemin evinin ərazisində mətbəx tikmək üçün icazə almaq üçün “West Oxfordshire Council”ə müraciət edilmişdi. Plana əsasən, binanın ətrafına yabanı bitkilər əkilib, içəridə mətbəx avadanlığı ilə yanaşı qonaqlar üçün bir neçə stol qoyulacaq.
Qeyd edək ki, daha əvvəl Devid Bekhemin Meqan Markl və Şahzadə Harri ilə mübahisə etdiyi bildirilirdi.
Mənbə: gazeta.ru
www.102info.az