Moskvaya dron hücumu olub – VİDEO

Dünya


Bu gün səhər saatlarında Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Moskvadakı obyektlərə hücum cəhdləri olub.

Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.

“Pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib və paytaxtın Krasnopresnenski sahilyanı ərazisinə düşüb”, – məlumatda qeyd olunur.

Zərərsizləşdirilən digər PUA-nın qalıqları isə “Eksposentr” adlandırılan əraziyə düşüb.

İlkin məlumata görə, zərərçəkən yoxdur.

Şəhərin fövqəladə hallar xidmətləri hadisə yerində işləyir.

Eyni zamanda, Moskvada fəaliyyət göstərən aviasiya xidmətlərinin məlumatına görə, dron hücumları nəticəsində Vnukovo hava limanı ərazisində hava məkanı bağlanıb, uçuşlar və enişlər təxirə salınıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir