İranda üzərinə qadın təsviri həkk edilən ağac kəsilib – FOTO

Dünya


İran paytaxtının Şəriəti küçəsində yerləşən və yaşı təxminən 100 ilə yaxın olan ağac kəsilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, bu ağacın üzərində iranlı rəssam Hüseyn Əlinin həkk etdiyi qadın təsviri olub.

Həmin ağacın kim tərəfindən kəsildiyi hələ ki, məlum deyil. Tehran Bələdiyyəsi bununla bağlı suala cavab verməyib.

Usta rəssamın üzərində əl işləri olan daha bir neçə ağac kəsilmək təhlükəsi ilə üzləşib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir