Novorossiysk şəhərində yük terminalında güclü yanğın baş verib – VİDEO

Dünya


Rusiyada, Novorossiysk şəhərində yük terminalında güclü yanğın baş verib, orada taxta altlıqlar yanıb.

Ölkənin Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən bildirilib ki, yanğın 1 300 kvadratmetr ərazini əhatə edib. Malların saxlanması üçün taxta altlıqlar yanıb.

Yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin bir qrup şəxsi heyəti və texnikası cəlb olunub.

Mənbə: “Shot” “Teleqram” kanalı

www.102info.az