Kanadalı reper və prodüser Dreyk pərəstişkarına lüks brenddən dəbdəbəli hədiyyə verib.
36 yaşlı ifaçı ABŞ-nin Los-Anceles şəhərində konserti zamanı səhnəyə çəhrayı “Hermes Birkin” çantası ilə çıxıb. Konsertdən yayımlanan kadrlarda Dreykin çantanı fan-zonanın ön cərgəsində dayanan fanata necə təqdim etdiyi əks olunub.
“Dreyk xəsis deyil. Əmin olun ki, mühafizə ona burdan çıxmaqda yardım etsin”, – deyə o qeyd edib.
Məlumdur ki, “Birkin” brendinin bu çanta modelinin təkrar satış platformalarında qiyməti 30 min dollara (51 000 manat – red.) çatır.
Mənbə: “Page Six”
www.102info.az