Ukrayna prezidenti Volodomir Zelenski ölkənin birinci xanımı ilə İsveçə işgüzar səfərə gedib.
Səfər çərçivəsində Zelenski baş nazir Ulf Kristersson, kral XVI Karl Qustav və kraliça Silviya ilə görüşlər keçirəcək.
“Ukrayna-İsveç danışıqları genişlənir. Mən şəxsən İsveçə azadlıq və müstəqillik uğrunda mübarizəmizi dəstəklədiyinə görə təşəkkür edirəm”, – prezident deyib.
Onun sözlərinə görə, hərbi dəstək, ikitərəfli əməkdaşlığın inkişafı, o cümlədən hərbi-sənaye kompleksi, Ukraynanın Avropaya inteqrasiyası və Avro-Atlantik məkanda ümumi təhlükəsizlik məsələləri də müzakirə olunacaq.
Mənbə: İzvestiya
www.102info.az