İranlı idmançı: “Yarış əsnasında yalnız uğur haqqında düşünürdüm”

Dünya


Qadınlar arasında 10 metr məsafəyə tüfəngdən atəş açmada beşinci yeri tutan Şermineh Çehel Amirani 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

O, pnevmatik tüfəngdən atəş açma yarışlarında bu uğura imza atan ilk iranlı idmançı olub:

“Çox məmnunam. Həqiqətən çox gözəl təcrübə oldu. Həyəcanlıyam, nə deyəcəyimi bilmirəm. Çıxışımdan razıyam. Yarış əsnasında yalnız uğur haqda düşünürdüm. Amma yarışdan əvvəl Parisə lisenziyanı xəyal edirdim”.

İranlı qız mundial və təşkilatçılıq barədə yüksək fikirdə olduğunu gizlətməyib:

“Azərbaycana ilk səfərimdir. Burada gördüklərimdən mənunam. Təhlükəsizlik yüksək səviyyədədir. Heç bir problem yoxdur. Narahatlığımız yoxdur, hər şey yüksək səviyyədə təşkil olunub. Açığı, Bakını gəzməyə elə də çox vaxtım olmayıb. Tez-tez Azərbaycan mətbəxinə müraciət edirik. Yeməkləri çox dadlıdır. Buranın təbiəti də çox gözəldir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir