“Vaqner” özəl hərbi şirkətinə qoşulan rusiyalı qatil qayıtdıqdan sonra cinayət əməllərinə davam edib: gənc qızı qəddarlıqla döydükdən sonra zorlayıb.
Rusiyanın Kirov vilayətindən olan cinayətkar Aleksey Kostromin artıq axtarışa verilib.
Məlumata görə, o, 2020-ci ilin dekabr ayında Federal Penitensiar Xidmətdə çalışarkən Sozimski kəndindəki mənzillərin birində qısqanclıq zəminində 20 yaşlı sevgilisini çəkiclə ölümcül döyüb. Həmin vaxtlar 24 yaşında olan qatil həbs olunub. Lakin xüsusi hərbi əməliyyat başlayandan sonra koloniyadan “Vaqner”ə yazılıb, Ukraynaya cəbhəyə yollanıb, bu yaxınlarda isə vətəninə qayıdıb.
İstintaqın məlumatına görə, o, avqustun 18-də 26 yaşlı qıza hücum edib, onu şiddətli şəkildə döyüb və zorlayıb. Hazırda zərərçəkmiş açıq kəllə-beyin travması, kəllə-beyin travması, boyun nahiyəsinin bıçaq xəsarətləri, göz almalarının əzilməsi və sınıqlarla ağır vəziyyətdə reanimasiyadadır.
Mənbə: “Baza” “Telegram” kanalı
www.102info.az