Rusiya Federasiyası Kaluqa vilayətinin Kirov rayonu ərazisində pilotsuz uçan aparatın (PUA) hücumu dəf edilib.
Bu barədə vilayətin qubernatoru Vladislav Şapşa məlumat verib.
“Bu səhər çətin meteoroloji şəraitə baxmayaraq, Kirov rayonu ərazisində PUA-nın hücumu dəf edilib”, – Şapşa “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, hadisə zamanı insan itkisi olmayıb, infrastruktura ziyan dəyməyib.
Mənbə: İzvestiya
www.102info.az