Rusiyanın Xabarovsk diyarında sürücü idarə etdiyi avtomobili qəsdən hərəkətdə olan qatara çırpıb.
Yol polisi qaydanı pozan sürücünü təqib etdiyi üçün hadisə yerinə əlavə polis çağırılmasına ehtiyac qalmayıb.
Bu qeyri-adi hadisə Amurskda müşahidə kamerası tərəfindən qeydə alınıb. Görüntülərə görə, sürücü ciddi xəsarət almayıb. O, yol polisi tərəfindən saxlanılıb.
Hazırda hadisənin təfərrüatı araşdırılır.
Mənbə: “Komsomolskaya pravda” “Telegram”
www.102info.az