Qvatemalada keçirilən prezident seçkisinin ikinci turunda Bernardo Arevalo qalib gəlib.
Ölkənin ən yüksək seçki məhkəməsinin bəyanatında deyilir ki, protokolların 96%-ni işlədikdən sonra səslərin 59%-ni (2.385.374) B.Arevalonun qazandığı məlum olub.
Qvatemalanın hazırkı prezidenti Alixandro Cammattei artıq B.Arevalonu qələbə münasibətilə “X” sosial şəbəkəsində təbrik edib.
Xatırladaq ki, B.Arevalo 1945-1951-ci illərdə Qvatemalaya rəhbərlik etmiş Xuan Xose Arevalonun oğludur.
Mənbə: Prensa Libre
www.102info.az