Atlantik və Sakit okeanlarını birləşdirən və dünyanın ən mühüm kanallarından biri olan Panama kanalında həyəcan təbili çalınır.
Quraqlıq səbəbindən kanalda gəmilərin keçidi məhdudlaşdırılıb. Onlarla gəminin kanala girə bilməyib buxtada gözləməsi qlobal ticarətə zərbə vura bilər.
Bu barədə Panama Kanalı İdarəsindən bildirilib.
Məlumata görə, kanaldan maksimum keçid sayı sentyabrın 2-dək gündə 32 gəmi ilə məhdudlaşdırılacaq.
80 kilometrdən uzun su yoluna qoyulan bu məhdudiyyət Mərkəzi Amerika regionunda yağıntının az olması səbəbilə tətbiq olunub.
Dünyanın ən işlək ticarət keçidlərindən biri olan kanalda yaşanan sıxlıq bu yoldan tez-tez istifadə edən şirkətləri alternativ yollar axtarmağa vadar edib. Panama Kanalı Çin və ABŞ arasında ticarət həyata keçirən böyük pərakəndə satıcılar və enerji şirkətləri də daxil olmaqla bir çox daşıyıcılar üçün xərcləri və tranzit müddətlərini azaldır.
Mənbə: Haber Global
www.102info.az