Tailandın “Buriram Yunayted” klubunun baş məşqçisi Artur Papas komandanın futbolçusu Ramil Şeydayev barədə fikirlərini bildirib.
Mütəxəssis ölkə çempionatının II turunda “Lampun Uorrior” ilə qarşılaşmada (3:0) fərqlənən Azərbaycan millisinin üzvünün çıxışından razılıq edib:
“Ramil Şeydayev hələ Tailanda uyğunlaşmayıb. O və Nikolau Kardoso iki aydır, buradadırlar. Ancaq “Lampun Uorrior” ilə matçda yaxşı çıxış etdilər. Təkcə onlar yox, bütün komanda öz işini mükəmməl şəkildə yerinə yetirdi”.
Qeyd edək ki, Ramil Şeydayev sözügedən matçın 6-cı dəqiqəsində hesabı açıb.
Mənbə: buriramunited.com
www.102info.az