Pakistanda hərbi konvoya hücum: Altı əsgər həyatını itirdi

Dünya


Pakistanın Hayber Paxtunhva əyalətində hərbi konvoya hücum olub.

Nəticədə altı əsgər həyatını itirib.

Bu barədə Pakistan ordusundan məlumat verilib.

Məlumata görə, ölkənin Əfqanıstanla sərhədində yerləşən Cənubi Vəziristan bölgəsində hərbi konvoya hücumdan sonra yaranan qarşıdurma zamanı həmçinin dörd döyüşçü zərərsizləşdirilib, ikisi yaralanıb. Hücum edənlərin tutulması üçün bölgədə əməliyyata başlanılıb.

Hücuma görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir