Həbib Nurməhəmmədov: “ABŞ xalqına sevgi ilə yanaşıram”

Dünya


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov  “YouTube”da yayımlanan “PBD Podcast” layihəsinin qonağı olub.

34 yaşlı H.Nurməhəmmədov maraqlı açıqlamaları ilə yadda qalıb.

Xüsusən onun ABŞ və amerikalılar barədə söylədikləri müzakirə mövzusuna çevrilib.

“ABŞ xalqına sevgi ilə yanaşıram. Onların azad düşüncəyə sahibi olmaları və heç bir siyasi baxışın təsiri altında olmamaları məni cəlb edir. Mən ABŞ xalqını sevirəm, onlar gözəl insanlardır! Siyasət və digər məsələlər onların heç vecinə deyil!

Bura dünyada yeganə ölkədir ki, mənə heç kim toxunmur, heç kim məni narahat etmir. Siyasətdə olmaq imkanım olub, amma onunla maraqlanmıram. Mən sıradan bir insan olaraq yaşamaq istəyirəm”, – deyə Həbib Nurməhəmmədov bildirib.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir