Rusiyanın ordusunun “Mi-8” döyüş helikopteri Ukraynaya uçub və burada helikopterin heyəti Ukrayna Silahlı Qüvvələrinə təslim olub. Bu barədə jurnalist Yuri Butusov xəbər verir.
Onun sözlərinə görə, “naviqasiya xətaları” ilə bağlı xəbərlər Rusiyanın növbəti yalanıdır, çünki helikopter Poltava aerodromuna uçubsa, deməli, o, cəbhə xəttindən təxminən 300 km aralıdan qalxıb və yalnız bilərəkdən yerə enə bilərdi.
Bundan başqa, aşağı hündürlükdə və aşağı sürətlə uçan heyət yerdəki bütün oriyentirləri yaxşı görüb, ona görə də 300 km “səhv etmək” mümkün deyil.
Daha sonra jurnalist Ukrayna ordusunun rəhbərliyindəki mənbələrə istinadən vurğulayıb ki, helikopter zədələnməyib və həqiqətən də, onun avadanlığının ətraflı öyrənilməsi üçün aviabazalardan birinə uçub.
“Hazırda heyətlə iş aparılır. Hər şey yaxşıdır. Əlavə xəbərlər veriləcək”, – Ukraynanın Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya helikopterinin Ukraynaya enməsi ilə bağlı məlumatı təsdiqləyib.
Həmçinin bildirilib ki, bu, BKİ-nin altı aydan çox davam edən xüsusi əməliyyatı idi. “Mi-8” Xarkov vilayətinə eniş edib. Təyyarədə pilotla birlikdə helikopterin, əslində, haraya uçduğunu bilməyən iki heyət üzvü olub.
Mənbə: Insider UA
www.102info.az