Primorsk yenidən təbii fəlakətin astanasında – VİDEO

Dünya


Rusiyanın Primorsk diyarında vəziyyət yenidən pisləşib. Güclü yağış nəticəsində evlər və küçələr su altında qalıb, regionun dörd bələdiyyəsində nəqliyyat əlaqəsi kəsilib.

Sosial şəbəkələrdə təbii fəlakətin nəticələri ilə bağlı görüntülər yayılıb. Kadrlarda su basmış küçələrdə avtomobillərin necə çətinliklə hərəkət etdiyi görünür.

Hazırda Primorsk diyarında leysan davam edir. Səlahiyyətli orqanlar əhaliyə çayların sahillərini aşması və daşqınlara səbəb ola bilməsi barədə xəbərdarlıqlar ediblər.

Primorsk Hidrometeorologiya Xidməti avqustun 23 və 25-də bölgədə tufan olacağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, ötən həftə Rusiyanın Primorsk diyarında regional səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Mənbə: Life.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir