Rusiya İstintaq Komitəsi Tverdə baş verən təyyarə qəzası ilə bağlı cinayət işi açıb

Dünya


Rusiyanın Tver vilayətində göyərtəsində “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin də olduğu təyyarəsinin qəzaya uğraması faktı ilə əlaqədar cinayət işi açıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

“İlkin məlumatlara görə, təyyarədə olan 10 nəfər ölüb. İstintaq qrupu hadisə yerinə gedib, bütün zəruri ekspertizalar təyin olunacaq, qəzanın səbəblərini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək”, – Rusiya İstintaq Komitəsinin yaydığı bəyanatda qeyd olunur.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir