Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, Azərbaycanda çoxsaylı azarkeşi olan Türkiyənin “Qalatasaray” klubu Norveçdə “Molde”nin qonağı olacaq.
Digər görüşlərdə Portuqaliya “Braqa”sı Yunanıstan “Panatinaikos”unu, İsrail təmsilçisi “Makkabi” (Hayfa) isə “Yanq Boyz”u (İsveçrə) qəbul edəcək.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23 avqust
23:00. “Braqa” (Portuqaliya) – “Panatinaikos” (Yunanıstan)
23:00. “Makkabi” (Hayfa, İsrail) – “Yanq Boyz” (İsveçrə)
23:00. “Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə)
www.102info.az