Rusiya paytaxtına üç PUA hücum edib – FOTO/VİDEO

Dünya


Ukrayna üç pilotsuz uçuş aparatı (PUA) ilə Moskvadakı obyektlərə hücum etməyə cəhd göstərib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 23-ü gecə saatlarında hava hücumundan müdafiə qüvvələri Ukraynanın Moskva şəhəri üzərində üç təyyarə tipli pilotsuz uçuş aparatı ilə növbəti hücumunun qarşısını alıb. PUA-lardan ikisi Moskva vilayətinin Mojaysk və Ximki rayonları üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – deyə məlumatda bildirilir.

Nazirlikdən verilən xəbərə görə, üçüncü PUA elektron döyüş vasitəsi ilə məhv edilib. İdarəetməni itirən qurğu tikilməkdə olan “Moskva Siti” kompleksinin binası ilə toqquşub. Fövqəladə Hallar Xidməti binaya cüzi ziyan dəydiyini, pəncərələrin sındığını bildirib.

Rusiya Müdafiə Nazirliyi PUA hücumu nəticəsində ölənlərin olmadığını qeyd edib.

 

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir