“Vaqner” özəl hərbi şirkətinin rəhbəri, iş adamı Yevgeni Priqojinin ölümü ilə Ukraynanın heç bir əlaqəsi yoxdur”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə brifinq zamanı Priqojinin ölümü ilə bağlı şərh verərkən bildirib.
Onun sözlərinə görə, Priqojinin ölümündə kimin əli olduğunu hər kəs bilir.
“Bizim bununla heç bir əlaqəmiz yoxdur. Hər kəs kimin əli olduğunu başa düşür”, – deyə Zelenski qeyd edib.
Mənbə: UNİAN
www.102info.az