Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüşün Soçidə keçirilməsi planlaşdırılır.
Bu barədə Türkiyədəki diplomatik mənbə bildirib.
Məlumata görə, görüşün baş tutacağı mümkün tarix kimi isə sentyabrın 4-ü qeyd edilir.
Türkiyə hökuməti Ərdoğanın səfərinin tarixini açıqlamayıb. Türkiyə liderinin özü də sentyabrda Putinlə görüşü istisna etməyib.
Mənbə: TASS
www.102info.az