“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində ilk oyuna çıxır – AFİŞA

Dünya


“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Sloveniya “Olimpiya”sı ilə qarşılaşacaq.

Lyublyanadakı “Stojitse” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ” daha əvvəl “Olimpiya” ilə 2018-ci ildə Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşıb və rəqibi üstələyib. Səfərdəki ilk oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb, cavab oyunu heç-heçə (0:0) nəticələnib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 31-i keçiriləcək.

Avropa Liqası

Pley-off (ilk oyun)

24 avqust

22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ”

Baş hakim: Georgi Nikolov Kabakov (Bolqarıstan)

“Stojitse” stadionu, Lyublyana

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir