Banqladeşdə ilin əvvəlindən bəri denge qızdırmasından ölənlərin sayı 506 nəfərə çatıb. Bu epidemiyanın yayılmağa başladığı 2000-ci ildən bəri böyük göstəricidir.
Bu barədə ölkənin Səhiyyə Xidmətləri Baş İdarəsi məlumat yayıb.
Bildirilir ki, 2022-ci ildə dengedən 281 nəfər ölüb.
Ümumilikdə, cari ilin əvvəlindən bəri virusa yoluxma sayı 106 mini ötüb, 98 mindən çox xəstə sağalıb.
Bundan əvvəl Argentina və Peruda da dengenin kəskin yayılması barədə xəbər vermişdik.
Mənbə: TASS
www.102info.az