Pivə istehsalçısı olan “Heineken” şirkəti Rusiyadakı aktivlərini, o cümlədən yeddi pivə zavodu və 1 800 işçisini simvolik qiymətə – bir avroya satıb.
Bu barədə şirkətdən məlumat verilib.
“Heineken” Rusiyadakı biznesinin satışını təxminən bir avro dəyərində simvolik məbləğ üzrə rəsmiləşdirdi”, – deyə alkoqol istehsalçısının rəsmi saytında bildirilib.
Əlavə edilib ki, biznesin tərkibinə yeddi pivə zavodu və 1 800 işçi daxildir. Satış Rusiyanın qablaşdırma və kosmetika şirkəti olan “Arnest Group” şirkəti ilə həyata keçirilib. Həmçinin vurğulanıb ki, bu razılaşma 18 aylıq danışıqlardan sonra tamamlanıb.
Mənbə: URA.ru
www.102info.az