“Barselona”da yeni müqavilə

Dünya


İspaniyanın “Barselona” klubu qapıçısı Mark-Andre ter Ştegenlə yeni müqavilə imzalayacaq.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Kataloniya təmsilçisi almaniyalı qolkiperlə beşillik sözləşməni razılaşdırıb.

31 yaşlı qapıçının hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Ter Ştegen 2014-cü ildən “Barsa”da oynayır.

www.102info.az