Ukrayna Rusiya tərəfindən deportasiya edilən daha 11 uşağı geri qaytardı – VİDEO

Dünya


Ukrayna Rusiyaya və ya müvəqqəti işğal olunmuş ərazilərə deportasiya edilmiş daha 11 uşağı geri qaytara bilib.

Bu barədə “Save Ukraine” Xeyriyyə Təşkilatının icraçı direktoru, əvvəllər uşaq hüquqları üzrə müvəkkil olmuş Nikolay Kuleba məlumat verib.

Onun sözlərinə görə, bununla “Save Ukraine” komandası 161 uşağı geri qaytara bilib.

Müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşşukun sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri işğalçı ölkə tərəfindən deportasiya edilmiş 380-ə yaxın uşaq geri qaytarılıb.

Qeyd edək ki, 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından sonra rusiyalılar ukraynalı uşaqların işğal olunmuş ərazilərdən deportasiyasını genişləndiriblər.

Rusiyaya qanunsuz deportasiya edilən ukraynalı uşaqların yekun sayı isə dəqiqləşdirilməyib.

 

Mənbə: NV.ua

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir