ABŞ-nin Alabama ştatı azot inhalyasiyası ilə ölüm cəzasını tətbiq etmək niyyətindədir.
Əgər bu baş verərsə, Alabama ABŞ-də bu üsulu məhbuslar üzərində tətbiq edən ilk ştat olacaq.
Ştat Baş Prokurorluğu yerli ali məhkəməyə müraciət edib ki, 2022-ci ildə iynə vurula bilmədiyi üçün ölüm hökmündən qaçan Kennet Yucin Smitə edam vaxtı təyin edilsin.
“Alabama onu azot hipoksiyası ilə edam etməyi planlaşdırır”, – deyə bununla bağlı məlumatda bildirilib.
Bu edam növündə məhbusa yalnız azotla nəfəs almağa icazə verilir və oksigendən məhrum edilir. Hazırda ABŞ-nin üç ştatında bu cəza üsuluna icazə verilir, lakin praktikada heç vaxt istifadə olunmayıb.
Mənbə: “Associated Press”
www.102info.az