ABŞ-nin Ohayo ştatının Yuniontaun şəhərində yaşayış binasında beş nəfərdən ibarət ailənin meyiti tapılıb.
Bu barədə Yuniontaun Polis Departamentinin “Facebook” səhifəsində dərc edilmiş açıqlamada məlumat verilib.
“Polislər hadisə yerinə gəldikləri zaman bir ailənin beş üzvünün cəsədini aşkarlayıblar. Bu hadisənin məişət münaqişəsi zəminində baş verdiyi güman edilir”, – deyə məlumatda qeyd edilib.
Baş müstəntiq Harri Kempbellinin sözlərinə görə, onların hamısı çoxsaylı güllə yaralarından ölüb. Ehtimal olunur ki, ailə üzvlərindən biri digərlərini öldürüb, sonra isə intihar edib.
Mənbə: TASS
www.102info.az