Çeçenistanda toyda bahalı hədiyyələr bağışlamaq qadağan edilib

Dünya


Çeçenistan Müsəlmanları Ruhani İdarəsi respublikada toy şənliklərinin keçirilməsi ilə bağlı bir sıra qaydalar hazırlayıb.

Tərtib edilən qaydalara əsasən, toy məclislərində bahalı hədiyyələr vermək qadağan edilib.

“Bəyə, qayınataya, qayınanaya və başqalarına bahalı hədiyyələr vermək qadağandır. Nə İslama, nə də çeçen adətlərinə uyğun gəlməyən təmtəraq, həddi aşmaq, məsələn: brilyant üzüklər, xəz paltolar, məişət texnikası, mənzillər, avtomobillər və sairə bahalı hədiyyələrin verilməsi qəti qadağandır” – sənəddə deyilir.

Sənəddə həmçinin qeyd olunur ki, gəlinin paltarı da İslam və çeçen adətlərinin tələblərinə uyğun olmalıdır.

Xatırladaq ki, bir müddət əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov da respublikada keçirilən toylardakı təmtərağı və israfçılığı tənqid edərək bu qaydaların istər İslama, istərsə də çeçen adətlərinə zidd olduğunu bildirmişdi.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir