Amerikalı pilot Rayan Pris “Daytona International Speedway” trasında “NASCAR Cup Series” yarışının mövsüm finalında qəzaya düşərək xəstəxanalıq olub.
Yarışların rəsmi saytının məlumatına görə, yarışın 156-cı dövrəsində Pris “Ford Mustang” markalı avtomobilinin idarəetməsini itirib və avtomobil yoldan çıxaraq təxminən 10 dəfə yuvarlanıb.
Pilota tüstülənən avtomobildən çıxması üçün yardım göstərilib.
“Əgər siz pilot olmaq istəyirsinizsə, möhkəm olmalısınız.Mən qayıdacağam”, – deyə 32 yaşlı R.Pris sosial şəbəkə hesabında yazıb.
www.102info.az