Son çempion “Mançester Siti” İngiltərə Premyer Liqasının III turunu qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, “şəhərlilər” “Şeffild Yunayted”lə səfər oyununda çətinliklə qalib gəliblər – 2:1.
Erlinq Holand 37-ci dəqiqədə penaltidən yararlanmağı bacarmasa da, 63-cü dəqiqədə qonaqları hesabda önə keçirə bilib. 85-ci dəqiqədə Ceydon Boql hesabda tarazlıq yaradıb. Üç dəqiqə sonra Rodri “Mançester Siti”nin qələbə qolunu vurub.
Üç oyunda maksimum nəticə – doqquz xal əldə edən Pep Qvardiolanın komandası vahid liderdir. “Şeffild Yunayted” xal qazana bilməyib.
www.102info.az