ABŞ Hərbi Hava Qüvvələri Somalinin cənubunda 13 silahlını məhv edib

Dünya


ABŞ Afrika Komandanlığı (AFRICOM) Somali hökumətinin müraciətinə əsasən, ölkənin cənubunda “Aş-Şabab” terror qruplaşmasının yerləşdiyi ərazilərə hava zərbəsi endirib.

Oxu.Az xəbər verir ki, əməliyyat nəticəsində 13 silahlı məhv edilib. Komandanlığın məlumatına görə, zərbə avqustun 26-da Kismayo şəhərindən 45 kilometr şimal-qərbdə, Somali qüvvələrinə dəstək məqsədilə həyata keçirilib.

Qeyd edək ki, “Aş-Şabab” qruplaşması 2004-cü ildə Somalidə yaranıb. Onun 10 minə qədər silahlısı var.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir