İranda neft kəməri partladı – VİDEO

Dünya


İranda neft kəməri partlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, hadisə bu gün səhər saatlarında Hormozqan əyalətinin Keşar kəndi yaxınlığında baş verib.

Yanğının hələ də davam etdiyi vurğulanır.

Məlumata görə, partlayış yerində minik avtomobili də yanıb.

Yanğının şiddətindən avtomobilin içərisində insan olub-olmadığını öyrənmək üçün yaxınlaşmaq mümkün deyil.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir