Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bir sıra dövlətlərin nümayəndələrini “Döyüş Qardaşlığı – 2023” təlimlərinə müşahidəçi qismində dəvət edib.
Bu barədə KTMT-nin Birgə Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov avqustun 28-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Anatoli Sidorovun sözlərinə görə, İranın, Çinin, Səudiyyə Ərəbistanının və Monqolustanın hərbi müşahidəçiləri “Döyüş Qardaşlığı – 2023” təlimlərində iştirak edəcəklər.
A.Sidorov təlimlərin planını açıqlamayıb, lakin aviasiya komponentinə və xüsusən də çoxlu sayda pilotsuz uçuş aparatının istifadəsinə ciddi diqqət yetiriləcəyini vurğulayıb.
Mənbə: Sputnik
www.102info.az