İstanbul turist sayına görə son 10 ilin rekordunu qırıb

Dünya


Türkiyənin İstanbul şəhəri iyul ayında 1,88 milyon nəfər turist qəbul edib, bununla da aylıq turist sayına görə son 10 ilin rekordunu qırıb.

Bu barədə ölkənin Mədəniyyət və Turizm İdarəsinin yerli bölməsi məlumat yayıb.

Belə ki, iyul ayında gələn əcnəbi turistlərin sayı ötən illə müqayisədə təxminən 6% artıb.

O da vurğulanır ki, İstanbula ən çox səfər edənlər siyahısında ilk üçlükdə Rusiya (9,91%), Almaniya (7,24%) və Səudiyyə Ərəbistanından (7,21%) olanlar gəlir.

Mənbə: “Anadolu” Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir