İranın Paralimpiya Komitəsinin sədri insanlığa qarşı cinayətdə ittiham edildi – FOTO

Dünya


İranın Paralimpiya Komitəsinin sədri insanlığa qarşı cinayətdə ittiham edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, hazırda Fransada səfərdə olan Qafur Kargəriyə qarşı ittiham Fransa və İsveçin iki qeyri-hökumət birliyi tərəfindən irəli sürülüb. Sözügedən qurumlar onun İranda dinc etirazların zorakılıqla yatırılmasında və etirazçılara işgəncə verilməsində əli olduğunu bildirib.

Qeyd edək ki, Fransadakı “Azad Qadınlar” (“Fem Azadi”) Assosiasiyası və İsveçdəki “Azadlıq Evi” (“Freedom House”) Birliyinin vəkili Emanuel David İranın adıçəkilən idman rəsmisinə viza verilməsinə görə Fransa məhkəməsinə şikayət edib və bildirib ki, bu addım İranda repressiya qurbanlarının hamısına, ilk növbədə isə iranlı qadınlara təhqirdir. 

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir