Qadın futbolçunu öpən federasiya prezidentini gözləyən ağır cəza

Dünya


FIFA İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesə yeni sanksiya tətbiq etməyə hazırlaşır.

Qurum funksioneri 15 il ərzində istənilən futbol fəaliyyətindən uzaqlaşdırmaq istəyir. Buna qədər FIFA intizam araşdırmasına başladıqdan sonra Rubialesi 90 gün müddətinə futbolla bağlı fəaliyyətindən kənarlaşdırıb.

Xatırladaq ki, funksioner dünya çempionatının finalında İngiltərə ilə matçdan sonra ispaniyalı qadın futbolçu Cennifer Hermosonu dodaqlarından öpüb. Bu hərəkətinə görə ona verilə biləcək maksimum cəza 15 il müddətinə futboldan uzaqlaşdırılmadır. FIFA-nın məhz bu qərarı qəbul edəcəyi bildirilir.

Mənbə: dailymail.co.uk

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir