Qarşıdakı 48 saat ərzində portuqaliyalı hücumçu Joao Feliksin “Barselona”ya keçib-keçməyəcəyi məlum olacaq.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
O qeyd edib ki, xüsusən “Barselona”nın prezidenti Joan Laporta Joao Feliksi transfer etmək üçün dəridən-qabıqdan çıxır.
Xatırladaq ki, 23 yaşlı futbolçu iyul ayında verdiyi müsahibələrdən birində qeyd edib ki, “Barselona”da oynamaq onun uşaqlıq arzusudur.
www.102info.az