“Arsenal” 22 qol vuran gənc hücumçusunu 40 milyon avroya satır

Dünya


İngiltərənin “Arsenal” klubu hücumçusu Folarin Baloqunu Fransa “Monako”suna satır.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər 40 milyon avro transfer məbləğində razılaşıblar. Anlaşmada bonuslar və növbəti transferdə müəyyən faizin “topçular”a çatması müddəası yer alacaq.

22 yaşlı forvard artıq knyazlıq təmsilçisi üçün tibbi müayinədən keçib. Bu gün müqavilə imzalanacaq.

Qeyd edək ki, ABŞ millisinin üzvü ötən mövsüm icarə əsasında digər Fransa klubu “Reyms”in formasını geyinib və 39 matçda 22 qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir