Tanınmış rusiyalı televiziya jurnalisti Vladimir Solovyov ötən gecə Rusiyanın Pskov vilayətində pilotsuz təyyarənin hərbi aerodroma hücumu ilə bağlı reaksiyasını bildirib.
Bununla bağlı “Solovyev Live” verilişinin efirində danışan jurnalist hadisə ilə bağlı hiddətini ifadə edib.
“Pskov NATO sərhədi yaxınlığında yerləşir. Əgər hücum Baltikyanı ölkələr tərəfindən olunubsa, Baltikyanı bölgəni məhv etmək lazımdır”, – deyə Vladimir Solovyov təşviş içində bildirib.
“Baltikyanı bölgə Yer üzündən silinsin”, – deyə o çağırış edib.
Xatırladaq ki, ötən gecə Rusiyanın Pskov vilayətində hərbi aerodromda pilotsuz təyyarənin hücumu nəticəsində iki İl-76 hərbi-nəqliyyat təyyarəsi yanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumatı öz növbəsində Pskov vilayətinin qubernatoru Mixail Vedernikov özünün “Telegram” kanalında təsdiq edib. O, hava limanına pilotsuz təyyarələrlə hücumun olduğunu bildirib.
Mənbə: “İnsayder” “Telegram”
www.102info.az